10 İyul 2019 16:57
505
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu ilin 6 ayı ərzində Bakıda 244 yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, bunu Bakı Şəhər Baş Polis İdarəsində car ilin birinci yarısında cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmini, əməliyyat-xidməti fəaliyyətinin digər sahələrində görülən işlərin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan geniş əməliyyat müşavirəsində idarənin əməliyyat işləri üzrə müavini, polis general-mayoru Elxan Həsənov deyib.

Rəis müavini bildirib ki, baş verən yol-nəqliyyat hadisələrində 77 nəfər ölüb, 216 şəxs müxtəlif dərəcəli xəsarət alıb.

2018-ci ilin müvafiq dövrü ilə müqayisədə yol-nəqliyyat hadisələrinin sayı 17,6 faiz, ölənlərin sayı 23 faiz, yaralıların sayı isə 15,6 faiz azalıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər