“OBA Retail Chain” MMC-nin pulunu mənimsəməkdə təqsirləndirilən Rüfət Babayevin cinaytət işi üzrə ibtidai istintaqı yekunlaşıb.
Teleqraf.com xəbər verir ki, Rüfət Babayevə qarşı Cinayət Məcəlləsinin 179.2.3-cü (mənimsəmə və ya israf etmə, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
“OBA Retail Chain” MMC rəhbərliyinin şikayəti əsasında Rüfət Babayev saxlanılıb.
Onun barəsində başlanan cinayət işi baxılması üçün Xətai rayon Məhkəməsinıə göndərilib.
Cinayət işi hakim İbrahim İbrahimlinin icraatına verilib.
Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.
Qeyd edək ki, Rüfət Babayev “OBA Retail Chain” şirkətinin əməkdaşı olub. O, işlədiyi dövürdə öz qulluq mövqeyindən istifadə edərək, şirkətin pulunu mənimsəyib.