Vəkillər Kollegiyasının keçmiş üzvü Vüqar Poladovun barəsində cinayət işi başlanıb.
Teleqraf.com xəbər verir ki, Vüqar Poladova Cinayət Məcəlləsinin 312.2 (Vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə) maddəsi ilə ittiham elan edilib.
Onunla birlikdə eyni ittiham üzrə Misir Əmirova da ittiham verilib.
Hər iki şəxsin barəsində toplanan cinayət işi baxılması üçün Bakı Cinayətlər Məhkəməsinə göndərilib.
İş araçdırılması üçün hakim Samir Əliyevin icraatına verilib.
Məhkəmənin hazırlıq iclasının vaxtı müəyyən edilməyib.