19 İyul 2019 15:43
582
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Hüseyn Muxtarovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com xəbər verir ki, cinayət işi materialları baxılması üçün Xətai rayon Məhkəməsinə göndərilib. İş hakim Fərid Yaqubovun sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

İttihama görə, bu ilin mayında Xətai rayonu ərazisində Nobel və Babək prospektlərini bir-biri ilə birləşdirən Fəzail Bayramov küçəsində Azərbaycan Dəmir Yolları Qapalı Tipli Səhmdar Cəmiyyətinin Keşlə stansiyasının əməkdaşı Muxtarov Hüseyn Çingiz oğlu idarə etdiyi “Toyota Camry” markalı avtomobillə piyadanı vurub.

Ağır xəsarətlər alan 1959-cu il təvəllüdlü Əliyev Həsən Abbasqulu oğlu hadisə yerində vəfat edib.

Vəfat edən şəxs biznesmendir və “VÜQAR-2” MMC-nin sahibidir.


Müəllif: Hacı Zeynalov