Gəncədə 2 qadını fahişəliyə cəlb edən şəxs barəsində cinayət işi başlanılıb.
Teleqraf.com xəbər verir ki, Gəncə şəhər sakini Cəmilə Gülməmmədovanın barəsində Cinayət Məcəlləsinin 243.1-ci (gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmə) maddəsi ilə ittiham irəli sürülüb.
Məlum olub ki, Cəmilə Gülməmmədova gəlir əldə etmək məqsədilə iki qadını fahişəliyə cəlb edib, onları kişi müştərilərlə görüşdürüb və qazanc əldə edib.
Fahişəliyə cəlb olunan həmin qadınlar hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət edib və onlar Cəmilə Gülməmmədovadan şikayətçi olublar.
Şikayət olunduğu üçün Cəmilə Gülməmmədovanın barəsində araşdırma aparılıb və o, həbs edilib.
Cəmilə Güləmmədovanın barəsində toplanan cinayət işi üzrə material baxılması üçün Kəpəz rayon Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Yaşar Həşimovun icraatına verilib.
Məhkəmənin hazırlıq iclası iyulun 26-na təyin edilib.