11 Sentyabr 2014 13:19
825
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Sabunçu rayonunda kütləvi dava zamanı iki nəfəri bıçaqlayan həbs edilib.

Bu barədə Teleqraf.com-a Suraxanı rayon Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, 30-cu polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 9-da Süleyman Kasıyevə və Nicat Hüseynliyə bıçaq xəsarəti yetirməklə sağlamlığına ağır zərər vurmuş Bakı şəhər sakini Pavel Pimenov tutulub.

Qeyd edək ki, hadisə Hövsan qəsəbəsinin İlqar Əhlimanov küçəsində baş verib. Təxminən 10 nəfərin iştirak etdiyi davada soyuq silahdan da istifadə edilib, 2 nəfər yaralanıb. Yaralılar 3 saylı Şəhər Kliniki Xəstəxanasına aparılıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər