Bakının Xəzər rayonunda quldurluq cinayəti baş verib.
Bu barədə Teleqraf.com-a Xəzər rayon Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, sentyabrın 8-də Bakı şəhər sakini Nazim Abbasov iki nəfər şəxsin quldurluğu ilə üzləşib. O, quldurluq hadisəsini baş verməsi ilə bağlı 1-ci polis bölməsinə şikayət edib. O, şikayətində bildirib ki, iki nəfər tanımadığı şəxs bıçaqla ona hədə-qorxu gəliblər və daha sonra 2 min manatını alaraq qaçıblar.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Elçin Babayev və Eyvaz Bəkirov tutulublar.
Müəyyən edilib ki, Elçin Babayev və Eyvaz Bəkirov dost olublar. Bildirilir ki, dostlar quldurluq yolu ilə əldə etdikləri pulu paytaxtın müxtəlif yerlərində gecə klublarında xərclədilər.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov