2 Avqust 2019 15:43
493
12 Punto 14 Punto 16 Punto 18 Punto

İki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Salam Həsənovun barəsində olan məhkəmə qərarından verilən apelyasiya şikayətinə baxılıb.

Teleqraf.com xəbər verir ki, bu gün Şirvan Apelyasiya Məhkəməsində hakim Elşad Əliyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, apelyasiya şikayəti təmin edilib və Lənkəran Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökm ləğv edilib.

Məhkəmə Salam Həsənovun barəsində bəraət hökmü çıxarıb.

O, məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, hadisə 2017-ci il mart ayının 22-də Ələt-Astara-İran sərhəd yolunun Cəlilabad rayonu Alar kəndi ərazisindən keçən 122-ci kilometrliyində baş verib.

Salam Həsənovun idarə etdiyi avtomobil digər avtomobillə toqquşub və nəticədə 2 nəfər ölüb.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Salam Həsənov məhkum olunmuşdu.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər