11 Sentyabr 2014 22:31
1 159
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Yevlax rayonunda, Hürüuşağı kəndində “Vaz” minik avtomobili ilə “Kamaz” markalı yük avtomobili toqquşub.

Teleqraf.com Fövqəladə hallar nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Fövqəladə hallar nazirliyinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Vaz” markalı minik avtomobilin sahibi avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə sıxılmış vəziyyətdə qalmış sürücünü avtomobildən çıxararaq Təcili Tibbi Yardım xidmətinə təhvil verilib.

“Vaz” markalı minik avtomobilin sahibi 1968-ci il təvəllüdlü Mamedov Aslan Məmmədəli oğlu xəstəxanaya aparılarkən yolda vəfat edib. Avtomobildə olan 1 nəfər sərnişin vətəndaşlar tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

İlhamə


Müəllif:

Oxşar xəbərlər