Azərbaycanda qadınları fahişəliyə cəlb edən şəxs məsuliyyətə cəlb edilib.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsindən məlumat verilib.
Məlumata görə, idarə əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Masallı rayon sakini, 1985-ci il təvəllüdlü Dürdanə Sadıxova həbs edilib.
Dürdanə Sadıxovanın qadınları fahişəliyə cəlb etməsi ilə bağlı idarəyə məlumat daxil olub. Daxil olan məlumat əsasında əməliyyat qrupu yaradılıb və keçirilən əməliyyat nəticəsində onun qadınları fahişəliyə cəlb etməsi faktı təsdiq olunub.
Faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov