Bu ilin 6 ayı ərzində Bakı polisi və prokurorluq orqanları ilə birgə davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində keçmiş illərdən bağlı qalmış 61, o cümlədən 6 ağır və xüsusilə ağır cinayətin üstü açılıb.
Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən Teleqraf.com-a verilən məlumata görə, dövlətin iqtisadi təhlükəsizliyinin qorunması kimi xüsusilə aktual olan cinayətlərə qarşı aparılan əməliyyat tədbirləri ilə 2 saxta pul hazırlama və satma cinayət faktı aşkarlanıb.
Cinayətə görə məsuliyyətin labüdlüyünün təmini işi də nəzarətdə saxlanılmış, ağır və xüsusilə ağır cinayət törətdiyinə görə 174 təqsirləndirilən şəxs tutulub.