10 Sentyabr 2019 12:02
439
12 Punto 14 Punto 16 Punto 18 Punto

Samux rayonunda narkotiklərlə bağlı əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, Samux rayon polis şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Sumqayıt şəhər sakini C.Bəylərov saxlanılıb.
Şəxsi axtarış zamanı ondan 2,3 kiloqrama yaxın marixuana aşkar edilərək götürülüb.


Müəllif: Hacı Zeynalov