16 Sentyabr 2019 17:56
679
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda adam oğurluğunda təqsirləndirilən Əli Hüseynlinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən iclasda hökm oxunub.

Əli Hüseynli 5 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

O, Cinayət Məcəlləsinin 144.2.6-cı (tamah məqsədi ilə və ya sifarişlə adam oğurluğu) maddəsi ilə təqsirli bilinib.

Cinayət işi üzrə zərərçəkən şəxs qismində Elşən Günəşov tanınıb.

Şirvan şəhər sakini olan 25 yaşlı Əli Hüseynli "qanuni oğru", kriminal aləmdə "Rafet Əlibayramlinski" ləqəbi ilə tanınan Əmirov Rafet Əlirza oğlunun qardaşı Rüfət Əmirovun rəhbərlik etdiyi mütəşəkkil cinayətkar dəstənin üzvü olub.

Əli Hüseynli 2017-ci ildən etibarən cinayət əməllərinə görə axtarışda olub.

Cinayət işinin materiallarına görə, 6 nəfərlik cinayətkar qrup 2017-ci ildə Binəqədi rayonunda Elşən Günəşovu oğurlayıblar.
Onlar Elşən Günəşovu döyərək avtomobilin baqajına basıblar.

Elşən Günəşov oradan qaçaraq polisə şikayət etməyə müvəffəq olub.

Qruplaşmanın bütün üzvləri - Rüfət Əmirov Elvin Hüseynov, Rüfət Kərimov, Kamil Əmirov və İsmayıl İbrahimov hadisədən dərhal sonra - 2017-ci ilin iyulunda saxlanılıblar. Həmin ilin sentyabrında Bakı Ağır Cinayətlər Məhkəməsi onları müxtəlif müddətlərə azadlıqdan məhrum edib.

Rusiyaya qaçan Əli Hüseynli isə sonradan tutularaq Azərbaycana gətirilib və məsuliyyətə cəlb edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər