Bakının Binəqədi rayonunda 4 il əvvəl baş verən quldurluq cinayətinin üstü açılıb.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, rayonu Sulutəpə qəsəbəsində naməlum şəxs Xocəsən qəsəbə sakini Ceyhun Hacıyevə küt alətlə xəsarət yetirib 2010 manatını və mobil telefonunu alaraq hadisə yerini tərk edib.
Binəqədi rayon Polis İdarəsinin 40-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisənin Sulutəpə qəsəbə sakini Sadiq Mirzəyev tərəfindən törədilməsi müəyyən edilib.
Onun tutulması üçün əməliyyat-axtarış tədbirləri aparılır.
Hacı Zeynalov