Bakının Qaradağ rayonunda bıçaqlanma hadisəsi baş verib.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, hadisə rayonun Müşfiq qəsəbəsində qeydə alınıb. Şamaxı rayon sakini Ülvi Allahyarov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib.
Abşeron rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Hacıqabul rayon sakini Elçin Qasımov tutulub.
Hacı Zeynalov