24 Sentyabr 2019 15:46
1 849
12 Punto 14 Punto 16 Punto 18 Punto

11:04

Video əlavə olundu.

Bakının Binəqədi rayonunda iki nəfəri qətlə yetirməkdə təqsirləndirilən Vəli Behbudov barəsində ibtidai istintaq başa çatıb.

Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Azad Məcidovun icraatına verilib. Bu cinayət işi üzrə yaxın günlərdə məhkəmə prosesi başlanacaq.

Qeyd edək ki, hadisə bu ilin fevralında Binəqədi rayonu, "28 May" qəsəbəsi ərazisində baş verib.

27 yaşlı İlkin Məmmədov və 25 yaşlı Sevinc Muradzadənin cəsədləri tapılıb. Oğlan bıçaq zərbəsi ilə, qız isə boğularaq qətlə yetirildiyi məlum olub. Polis əməkdaşları bu iki nəfəri qətlə yetirməkdə şübhəli bilinən şəxsi saxlayıblar.

Məlum olub ki, o, Sevinc Muradzadənin yaxın qohumu, Beyləqan rayon sakini, 30 yaşlı Vəli Behbudovdur.

İlkin Məmmədov ilə Sevinc Muradzadə 2017-ci ildə ailə həyatı qurub. Gəncə şəhər sakini olan İlkin Məmmədov Beyləqan rayonunda anadan olmuş Sevinc Muradzadə ilə boşanmaq qərarına gəliblər. Bundan sonra qadın körpə övladı ilə evi tərk edib.

İlkin isə Binəqədi rayonu ərazisində yaşamağa davam edib və avtomobil təmiri sexində işləyib. Vəli Behbudov ayrılmış cavanları barışdırmağa çalışıb. O, Sevinc Muradzadəni götürərək İlkin Məmmədovun "28 May" qəsəbəsindəki evinə gətirib.

Lakin orada heç də hər şey Vəli Behbudovun planlaşdırdığı kimi olmayıb. Görüş zamanı dava-dalaş yaranıb.

Münaqişə zəminində Vəli Behbudov İlkinə çoxsaylı bıçaq zərbələri endirib, qadını isə boğaraq öldürüb. O daha sonra hüquq-mühafizə orqanlarına təslim olub.

Vəli Behbudovun barəsində Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddəsi ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov, Nərgiz Cavadzadə

Oxşar xəbərlər