15 Sentyabr 2014 22:59
725
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəkidə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə bu gün axşam saatlarında Şəki-Qax yolunun, Şəki rayonu Aşağı Göynük kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.


1979-cu il təvəllüdlü, Zaqatala rayon sakini Elməddin Abakər oğlu Qacayev idarə etdiyi “Merсedes Vito” markalı, 62 BH 850 dövlət nömrə nişanlı mikroavtobusla Şəki şəhəri istiqamətində hərəkətdə olarkən, yolu keçmək istəyən piyada 1977-ci il təvəllüdlü, Şəki rayonu Aşağı Göynük kənd sakini 1977-ci il təvəllüdlü Faiq Hüseyn oğlu Tahirovu vurub.


Faiq Tahirov aldığı ağır bədən xəsarətlərindən elə hadisə yerində ölüb. Faktla bağlı Şəki şəhər-rayon Polis Şöbəsində cinayət işi başlayıb, araşdırma aparılır.


Müəllif: