Bakı şəhər sakini qadınları fahişəliyə cəlb etməsi müəyyən edilib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, DİN-in İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Mətanət Əsgərova saxlanılıb. M.Əsgərovanın gəlir əldə etmək məqsədi ilə qadınları fahişəliyə cəlb etməsi müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.