11 Oktyabr 2019 13:52
416
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Xəzər rayonunda oğurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, 3-cü polis bölməsinə müraciət edən Binə qəsəbə sakini E.Qənbərov oktyabrın 9-da saat 19 radələrində qəsəbə ərazisində 2 nəfərin onu aldadaraq bank hesabından 200 manatını çıxarmasını bildirib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinənlər, əvvəllər məhkum olunmuşlar - qəsəbə sakini T.Əliyev və Ucar rayon sakini S.Hüseynov saxlanılıblar.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov