15 Oktyabr 2019 12:12
521
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Yasamal rayonunda kafedən oğurluq edilib.

Teleqraf.com xəbər verir ki, rayon ərazisindəki kafelərin birindən 1881 manat və 400 ABŞ dollar oğurlanıb.

26-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Ş.İbrahimov saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov