18 Sentyabr 2014 13:02
1 027
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Binəqədi rayonunda yaşayış evindən oğurluq edilib.

Bu barədə Teleqraf.com-a Binəqədi rayon Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, hadisə rayonun Sulutəpə qəsəbəsində qeydə alınıb. Yusif Ağagülovun yaşadığı evə pəncərədən girmiş şəxsiyyəti məlum olmayan 2 nəfər evdən 1420 manat və 100 dollar götürüb, Onların səs-küyünə gəlmiş Yusif Ağagülovla rastlaşıblar. Naməlum şəxslər ev sahibini döyərək ona xəsarət yetiriblər.

40-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Yevlax rayon sakinləri Asim Məmmədov və Ramin Bəkirov tutulublar. Hər iki şəxs əvvəllər məhkumluq həyatı yaşayıb.

Hacı Zeynalov


Müəllif: