18 Sentyabr 2014 14:42
774
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nizami rayonunda piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Nizami rayon Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, hadisə rayonun M.Abbasov küçəsində qeydə alınıb. Bakı şəhər sakini Nicat Salahov idarə etdiyi “Range Rover” markalı avtomobillə yolu keçən Şərur rayon sakini İsa Məmişovu vurub. Xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər