19 Sentyabr 2014 09:37
889
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qlazqo sakinləri Şotlandiyanın Böyük Britaniya tərkibindən çıxmasına səs veriblər.

Axar.az RİA Novosti-yə istinadən xəbər verir ki, dünən baş tutan referendumda qoyulan yeganə məsələ - “Siz Şotlandiyanın müstəqil dövlət olmasına razısınızmı?” – sualı olub.

Qlazqoda seçicilər müstəqillik əleyhinə 47%, lehinə isə — 53% səs verib. Səsvermədə seçicilərin 75 %-i iştirak edib.

Seçki məntəqələrinin bağlanmasından dərhal sonra axşam “YouGov” beynəlxalq təhqiqat mərkəzi bildirib ki, referendum Şotlandiyanın Böyük Britaniyanın tərkibində qalmasınını tərəfdarlarının qələbəsi ilə başa çatıb.


Proqnozlara əsasən, bütün ölkə üzrə müstəqillik əleyhinə 54%, lehinə səs verənlər isə 46 % təşkil edəcək. “YouGov”un prezidenti Piter Kellner qeyd edib ki, Şotlandiyanın Böyük Britaniyanın tərkibində qalmasının tərəfdarlarının qələbəsinə 99 % əmindir.


Müəllif:

Oxşar xəbərlər