Qudyalçay çayının Quba rayonu ərazisindən keçən hissəsində batmış 2006-cı il təvəllüdlü Fərid Elxan oğlu Qədirovun axtarışları başa çatıb.
Teleqraf.com-un FHN-nin saytına istinadən verdiyi məlumata görə, F.Qədirovun cəsədi Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılmış və aidiyyəti üzrə təhvil verilib.