16 Dekabr 2019 13:21
474
12 Punto 14 Punto 16 Punto 18 Punto

Lənkəranda market satıcılarına saxta əskinas verən şəxs saxlanılıblar.

Teleqraf.com xəbər verir ki, dekabrın 14-də Lənkəran şəhərindəki marketlərin birində alış-veriş edən şəxsin 100 manatlıq saxta əskinas verməsi barədə Lənkəran şəhər-rayon polis şöbəsinə məlumat daxil olub.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxta əskinası verməkdə şübhəli bilinən şəhər sakini A.Rəcəbli polis əməkdaşları tərəfindən saxlanılıb.

Ətrafında aparılmış tədbirlərlə onun həmyerlisi N.Əliyevlə birgə başqa bir mağazadan da alış-veriş müqabilində 1 ədəd 100 manatlıq saxta əskinas verməsi də müəyyən edilib.

Davam etdirilən tədbirlərlə N.Əliyev də polis əməkdaşları tərəfindən saxlanılıb.


Müəllif: Hacı Zeynalov