Avstriya Rusiya ərazisində törətdiyi qətlə görə axtarışda olan erməni cinayətkar Qarri Qriqoryantsı ekstradisiya edib.
Teleqraf.com-un məlumatına görə, Q.Qriqoryants 1998-ci ildə Krasnoyarsk diyarında məişət zəminində öz tanışını qətlə yetirib.
Uzun müddət gizlənən cinayətkarın 2019-cu ilin iyununda Avstriyada olduğu müəyyən edilib. Rusiyanın ekstradisiya müraciətini Avstriya dekabr ayında təmin edib.
Qarri Qriqoryantsın Rusiya vətəndaşı olmadığı deyilir.