23 Sentyabr 2014 15:31
795
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə ötən ilin dekabrinda Sumqayıt şəhərində xəvaricilərlə sələfilər arasında baş vermiş silahlı münaqişə ilə əlaqədar həbs edilmiş şəxslərin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə cinayət işinin hazırlıq iclası qapalı başlayıb və jurnalistlər məhkəmə iclasına buraxılmayıb. Qapalı prosesdə təqsirləndirilən şəxslərin bəzilərinin gəlmədiyi məlum olub və buna görə də məhkəmə sebntyabrın 24-dək təxirə salınıb.

Qeyd edək ki, ötən il dekabrın 11-də Sumqayıtda xəvaricilərlə sələfilər arasında baş vermiş silahlı münaqişə nəticəsində şəhər sakinlərindən Anar Rəhimov və Elmar Məmmədli bıçaq xəsarətləri, Təzə Corat qəsəbəsinin sakinləri Elşən Musayev və Elnur Nəzərəliyev isə qəlpə yaraları alıblar.

Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisədə təqsirli bilinən 17 nəfər həbs edilib.

Keçirilmiş baxış zamanı Əhməd Salmanovun evindən 110 qram həşiş, 5 kiloqram civəyə oxşar maddə, qanunla qadağan olunmuş 44 ədəd müxtəlif məzmunlu dini ədəbiyyat və 30 disk, Kənan Mehrəliyevin evindən isə 1 ədəd “F-1” qumbarası, 1 qumbara alışqanı, 123 ədəd avtomat patronu, qanunla qadağan olunmuş 30 ədəd müxtəlif məzmunlu dini ədəbiyyat və 30 disk aşkar edilərək götürülüb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər