23 Sentyabr 2014 16:36
1 157
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Sabunçu rayonunda qətl hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Sabunçu rayon Prokurorluğundan məlumat verilib.

Məlumata görə, hadisə rayonun Kürdəxanı qəsəbəsində qeydə alınıb. Bakı şəhər sakini Əlisamir Zeynalov Hacıəli Dostməmmədovu balta ilə vuaraq öldürüb. Hadisə onların arasında yaranan şəxsi münasibətlər zəminində baş verib. Cinayəti törədən şəxs polis əməkdaşları tərəfindən həbs edilib.

Kürdəxanı qəsəbəsində baş verən cinayətin bəzi təfərrüatları məlum olub. İlkin məlumata görə, Əlisamir Zeynalovu qətlə yetirən əmisi oğlu Hacıəli Dostməmmədovdur. Cinayət qısqanclıq zəminində baş verdiyi bildirilir. Hadisənin səbəbləri açıqlanmır.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: