27 Yanvar 2020 17:28
1 297
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabirabad rayonunda narkotiklərlə bağlı əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, Sabirabad rayon polis şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Qaratəpə kənd sakini N.Kərimov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 70 qram marixuana aşkar edilərək götürülüb.

Davam etdirilən tədbirlərlə onun həyətyanı sahəsindən 360 qram marixuana, habelə müvafiq sənədləri olmayan “TOZ-16” markalı ov tüfəngi və 1 ədəd pnevmatik tüfəng aşkar edilib.

Ona narkotik vasitəni satmaqda şübhəli bilinən Moranlı kənd sakini X.Hüseynli də polis əməkdaşları tərəfindən saxlanılıb.

Bundan başqa, Şəki şəhər-rayon polis şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Şəki şəhər sakini, əvvəllər məhkum olunmuş Ç.Abdulrəhimov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan heroin aşkar edilərək götürülüb.

Davam etdirilən tədbirlərlə ona narkotik vasitəni satmaqda şübhəli bilinən həmyerlisi H.Daşdəmirov müəyyən edilərək saxlanılıb. Şəxsi axtarış zamanı ondan da heroin aşkar edilib.

Hər iki faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov