Sumqayıt şəhərində əməliyyat keçirilib.
Teleqraf.com xəbər verir ki, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Mahir Ağayev şəhər ərazisində saxlanılıb.
Şəxsi axtarış zamanı ondan 3 qrama yaxın heroin aşkar edilərək götürülüb.
Davam etdirilən tədbirlərlə onun evindən əlavə olaraq 101 qrama yaxın heroin, 219 qrama yaxın metamfetamin və 1 ədəd elektron tərəzi aşkar edilib.
Faktla bağlı cinayət işi başlanıb.