13 Fevral 2020 14:50
1 631
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda bir neçə oğurluq, soyğunçuluq və digər cinayətlərin üstünün açılması istiqamətində əməliyyat keçirilib.

Teleqraf..com xəbər verir ki, hazırda inzibati həbsdə saxlanılan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş E.Novruzovun ətrafında Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Sabunçu rayon Polis İdarəsinin 13-cü polis bölməsi əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun yanvarın ayının 26-da Bakıxanov qəsəbəsi ərazisində xətt avtobusunda paytaxt sakini R.Niftəliyevanın çantasından içərisində 450 manat olan pulqabısını oğurlaması müəyyən edilib.

Bundan başqa, Nəsimi rayon Polis İdarəsinin 19-cu polis şöbəsi məkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində 7 avtomobildən pul, maqnitofon və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini O.Qayıbxanov saxlanılıb.

Oşxar əməliyyat Yasamal rayonunda da keçirilib.

Yasamal rayon Polis İdarəsinin 27-ci polis bölməsinə müraciət edən Bakı şəhər sakini S.Musayev fevralın 10-da saat 1 radələrində Ş.Qurbanov küçəsindən “Daewoo” markalı avtomobilinin qaçırıldığını bildirib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil həmin gün B.Məcidov küçəsində tapılıb.

Davam etdirilən tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Abşeron rayon sakini R.Cəfərov polis əməkdaşları tərəfindən saxlanılıb.

Daha bir əməliyyat Suraxanı rayonunda baş tutub.

Suraxanı rayon Polis İdarəsinin 32-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 30-da rayon ərazisindəki mağazaların birindən 200 manat və ərzaq məhsulları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri M.Əsgərov, S.Mustafayev və əvvəllər məhkum olunmuşlar - S.Ağayev və B.Əmirov saxlanılıblar.

Ətraflarında aparılmış tədbirlərlə onların daha iki mağazadan 150 manat pul, ərzaq məhsulları və tütün məmulatı oğurlamaları da müəyyən edilib.


Müəllif: Hacı Zeynalov