Daxili İşlər Nazirliyi Keşlə qəsəbəsində elektrovoz “Saipa” markalı avtomobillə toqquşması ilə bağlı məlumat yayıb.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, sentyabrın 24-də saat 04 radələrində Keşlə qəsəbəsinin ərazisində qorunmayan keçiddə elektrovozla naməlum sürücünün idarə etdiyi “Saipa” markalı avtomobil vurulub.
Sürücü avtomobili hadisə yerində atıb gedib. Nəticədə avtomobil yararsız hala düşüb, 2 ədəd elektrik dirəyi, 2 ədəd qaz borusu, 1 ədəd elektrik və 1 ədəd qaz sayğacları aşıb, habelə qəsəbə sakini Seymur Cəbrayılova məxsus evin hasarının 3 kv.m. hissəsi dağılıb.
Hazırda Nəqliyyatda Baş Polis İdarəsi XPB tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.
Hacı Zeynalov