16 Fevral 00:12
382

Abşeron rayonunda oğurluq faktlarının üstünün açılması istiqamətində əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, Abşeron rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisindəki evlərin birindən 800 manat, 3000 ABŞ dolları və məişət əşyası oğurlamaqda şübhəli bilinən Novxanı kənd sakini R.Piriyev saxlanılıb.

Bundan başqa, Abşeron rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Ə.Tağıyevə məxsus “VAZ-2106” markalı avtomobili qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş H.Mahmudov tutulub.

Digər bir əməliyyat-axtarış tədbiri nəticəsində N.Hümbətova və M.Atayevə məxsus motosikletləri qaçırmaqda şübhəli bilinən Qobu qəsəbə sakini, əvvəllər məhkum olunmuş C.Mirzəyev saxlanılıb.


Müəllif: Hacı Zeynalov