20 Fevral 2020 14:15
538
12 Punto 14 Punto 16 Punto 18 Punto

Abşeron rayonunda silahlı şəxsin tutulması üçün əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, Abşeron rayon Polis İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında Xırdalan şəhəri ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Salyan rayon sakini, əvvəllər məhkum olunmuş R.Əzizov həbs edilib.

Ondan “AKM” markalı silah, 1 ədəd patron darağı və 29 ədəd patron aşkar edilərək götürülüb.


Müəllif: Hacı Zeynalov