26 Sentyabr 2014 15:38
799
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Keşlə qəsəbəsində qatarla avtomobilin toqquşması nəticəsində günahkar bilinən sürücü həbs edilib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, sürücünün tutulması üçün əməliyyatı Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşları keçirib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 24-də baş vermiş dəmiryolu qəzası zamanı hadisə yerindən qaçmış “Saipa” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini Elmar Pərari saxlanılıb.

Qeyd edək ki, sentyabrın 24-də saat 04 radələrində Keşlə qəsəbəsinin ərazisində qorunmayan keçiddə elektrovozla naməlum sürücünün idarə etdiyi “Saipa” markalı avtomobil vurulub. Sürücü avtomobili hadisə yerində atıb gedib. Nəticədə avtomobil yararsız hala düşüb, 2 ədəd elektrik dirəyi, 2 ədəd qaz borusu, 1 ədəd elektrik və 1 ədəd qaz sayğacları aşıb, habelə qəsəbə sakini Seymur Cəbrayılova məxsus evin hasarının 3 kv.m. hissəsi dağılıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər