Daxili İşlər Nazirliyinin müvafiq qurumlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində cibgirliklə məşğul olan dəstə saxlanılıb.
Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Teleqraf.com-a bildiriblər ki, cibgirlikdə şübhəli olanlar - Esmira Səfərova, Fərid Şərifzadə, əvvəllər məhkum olunmuşlar Rəhilə İsmayılova, Rauf Əliyev və Elçin Xankişiyev Səbail rayonu Z.Əliyeva küçəsində saxlanılıblar.
Yaxalanan şəxslərin üzərilərinə baxış keçirilərkən E.Xankişiyevdən 3,75 qram, R.Əliyevdən isə 3,93 qram həşiş qətranı aşkar olunaraq götürülüb.
Araşdırmalar zamanı məlum olub ki, onlar sentyabrın 24-də 11 saylı xətt avtobusunda Bakı şəhər sakini Gülüzə Abışovanın içərisində 40 manat və 6 ədəd bankomat kartı olan pul kisəsini əl çantasından oğurlayıblar.