18 Mart 2020 16:27
912
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda üç nəfəri bıçaqlamaqda təqsirli bilinən Vasif Əhmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Telman Hüseynovun icraatına verilib.

Yaxın günlərdə bu iş üzrə məhkəmə prosesi başlanacaq.

İttihama görə, ötən il dekabrın 22-də, axşam saatlarında Sabunçu rayonu, Ramana qəsəbəsində “85” kafesinin qarşsında Vasif Əhmədovun idarə etdiyi “VAZ 2106” ilə Murad Xəlilzadənin idarə etdiyi “Ford Transit” markalı avtomobillər toqquşub.

Bu zaman hər iki maşında olan sərnişinlər – Şəmistan Məmmədov, Əli Vəliyev və Vüsal Rzayev mübahisə ediblər.

Sürücü Vasif Əhmədov üzərində olan bıçaqla digər sürücü Murad Xəlilzadəni sinəsindən, onun sərnişinləri Əəli Vəliyevi kürəyindən, Vüsal Rzayevi isə qıçından bıçaqlayıb.

Cinayəti törədən Vasif Əhmədov tutulub.

İstintaq orqanı tərəfindən Vasif Əhmədovun barəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər