9 Aprel 2020 15:04
1 108
12 Punto 14 Punto 16 Punto 18 Punto

Abşeron rayonunda polis əməliyyat keçirib.

Teleqraf.com xəbər verir ki, Abşeron rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki apteklərin birindən 550 manat oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Dadaşzadə saxlanılıb.

Bundan başqa, Abşeron rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri digər əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində “Ford” markalı avtomobildən 500 manat, 500 ABŞ dolları və sənədlər oğurlamaqda şübhəli bilinən Xırdalan şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar İ.Rəhimov və T.Nurullazadə tutulublar.


Müəllif: Hacı Zeynalov