13 Aprel 2020 14:20
691
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəmkir rayonunda baş verən oğurluq faktlarının üstü açılıb.

Teleqraf.com xəbər verir ki, Şəmkir rayon polis şöbəsinin əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin yanvar, fevral və mart aylarında rayon ərazisində 3 fərdi yaşayış evindən oğurluq edən şəxs saxlanılıb.

Müəyyən edilib ki, rayonun Çinarlı kənd sakini, 28 yaşlı Nicat Kərimov rayonun Aşağı Seyfəli kəndindəki evlərə gizli yolla daxil olaraq oradan ümumən 14 300 manat dəyərində qızıl-zinət əşyaları və 850 manat dəyərində nağd pul oğurlayıb.

Saxlanılan şəxs ifadəsində törətdiyi oğurluq hadisəsini etiraf edib. O bildirib ki, oğurladığı qızıl-zinət əşyalarını sataraq pulunu Bakıda əyləncə mərkəzlərində xərcləyib.

İstintaq araşdırması zamanı Nicat Kərimovun əvvəllər məhkum olunduğu üzə çıxıb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər