30 Sentyabr 2014 15:48
709
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Yasamal rayonunda axtarışda olan şəxs həbs edilib.

Bu barədə Teleqraf.com-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, Yasamal rayon Polis İdarəsi Cinayət-Axtarış Şöbəsi və 27-ci PB-nin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Kazım Abbasov həbs edilib.

O, Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə axtarışda olub.

Hacı Zeynalov


Müəllif: