Bu gün Nərimanov Rayon Məhkəməsində teleaparıcı İlham Mirzəyevin barəsində başlanmış cinayət işi üzrə məhkəmənin iclası keçirilib.
Teleqraf.com xəbər verir ki, hakim Məzahir Sadıqovun sədrliyi ilə keçirilən prosesdə prokruror Nəriman Babayev ittiham aktını açıqlayıb. Daha sonra ifadə verən İlham Mirzəyev özünü təqsirli bilməyib.
Zərərçəkmişlər Rəşad Daşdəmirov və Zülfiyyə Əhmədova ifadə veriblər. Onların İlham Mirzəyevə qarşı heç bir şikayətlərinin olmayıb.
Məhkəmə oktyabrın 1-də davam edəcək.
İlham Mirzəyev bu ilin aprelin 11-də saxlanılıb. Onun əməlləri ilə əlaqədar Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb.
Hacı Zeynalov