Yaponiyanın cənub-qərbindəki Fukuoka şəhərində bıçaqla silahlanmış şəxs kafedə bir neçə nəfəri girov götürüb.
Teleqraf.com xəbər verir ki, silahlı kafedəki şəxsləri 2 saat girov saxlayıb. Hələlik xəsarət alanlar barədə məlumat verilmir.
Qeyd edilir ki, polis əməkdaşları hadisənin baş verdiyi ərazini əhatəyə alıb. İlkin ehtimala görə, silahlı şəxs kafenin keçmiş əməkdaşıdır.
Girovların azad edildiyi bildirilir.