1 Oktyabr 2014 18:15
828
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Xətai rayonunda itkin düşən məktəblilər tapılıb.

Bu barədə Teleqraf.com-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, sentyabrın 29-da 2005-ci il təvəllüdlü Həsənova Aysu Daşdəmir qızı və onun yaxın qohumu 2005-ci il təvəllüdlü Bağırov İlqar Xalid oğlu təhsil aldıqları 64 saylı məktəbdən dərsdən çıxıblar və vaxtında evə qayıtmayıblar.

Bundan narahat olan valideynlər dərhal Xətai Rayon Polis İdarəsi 34-cü Polis Bölməsinə müraciət ediblər. Polisin keçirdiyi təxirəsalınmaz tədbirlər nəticəsində həmin gün saat 17 radələrində uşaqlar rayon ərazisində yerləşən Həzi Aslanov parkında oynayarkən tapılıblar. Polis uşaqları ailəsinə təhvil verib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər