5 May 2020 10:45
532
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsmayıllıda narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərə qarşı uğurlu əməliyyat tədbiri keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Teleqraf.com-a verilən məlumata görə, İsmayıllı rayon polis şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin aqrotexniki qaydada kultivasiyası ilə məşğaul olmaqda şübhəli bilinən Balakən rayonu Qullar kənd sakini Emil Novruzov saxlanılıb.

Emil Novruzovun İsmayıllı rayonu Keşqurd kəndindəki evinə və həyətyanı sahəsinə baxış keçirilən zaman oradan çətənə bitkisinin toxumları, həmçinin kolluqda və plastik qabda xüsusi qulluq göstərilməklə yetişdirilən 267 ədəd çətənə bitkisi aşkar edilərək götürülüb.

Emil Novruzov şübhəli şəxs qismində saxlanılıb. Faktla bağlı İsmayıllı rayon polis şöbəsində onun barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

İstintaq aparılır.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər