2 Oktyabr 2014 15:41
993
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Suraxanı rayonunda bədbəxt hadisə baş verib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, hadisə oktyabrın 1-də, saat 11 radələrində Suraxanı rayonu ərazisində qeydə alınıb. Bakı şəhər sakini Rəfayel Məmmədov idarə etdiyi “Cukuroba” markalı traktorla Elimxan Bayramovu vurub.

Xəstəxanaya yerləşdirilmiş Elimxan Bayramov orada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: