2 Oktyabr 2014 15:52
1 104
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Binəqədi rayonunda bir gündə iki ağır yol qəzası baş verib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, hadisə Binəqədi rayonu Biləcəri qəsəbəsində qeydə alınıb. Abşeron rayon sakini Tərlan Səmədov idarə etdiyi “VAZ-21074” markalı avtomobili yolayırıcısına vurub. T.Səmədovun 2 sərnişini xəstəxanaya yerləşdirilib, onlardan Rəşad Quliyev ölüb.

Biləcəri qəsəbəsində daha bir yol qəzası baş verib. Bakı şəhər sakini Cəmil Əsədovun idarə etdiyi “Daewoo” və Masallı rayon sakini Nahid Əzimovun idarə etdiyi “VAZ-21154” markalı avtomobillər toqquşub. N.Əzimovun 1 sərnişini xəstəxanaya yerləşdirilib.

Daha bir yol qəzası Nəsimi rayonu Salamzadə küçəsində qeydə alınıb. Bakı şəhər sakini Mübariz Əliyev idarə etdiyi “VAZ-21015” markalı avtomobillə yolu keçən Qax rayon sakini İsmayıl İsmayılovu vurub. Xəstəxanaya yerləşdirilmiş piyada ölüb.

Hacı Zeynalov


Müəllif: