15 May 2020 08:43
1 595
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda narkotik alverində ittiham olunan Nəzakət Rzayeva və Abdulağa Salmanovun barəsində olan cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Mirzə Xankişiyevin icraatına verilib.

Yaxın günlərdə məhkəmə prosesi başlanacaq.

İttihama görə, Sabunçu rayon Polis İdarəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslərə qarşı əməliyyat keçiriblər.

Əməliyyat tədbir nəticəsində üzərində narkotik vasitə saxladığına görə paytaxt sakini Abdulla Salmanov saxlanılıb.

Onun üzərində axtarış aparılan zaman 0,175 qram heroin aşkarlanaraq götürülüb.

Araşdırma zamanı müəyyən olunub ki, həmin şəxs heroini Bakıxanov qəsəbəsində Nazlı kimi tanıdığı narkotacirdən alıb.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində həmin şəxs - əvvəllər məhkum olunmuş paytaxt sakini Nəzakət Rzayeva tutulub.

Onun yaşadığı evə baxış zamanı 1 kiloqram 256 qram heroin edilərək götürülüb. Nəzakət Rzayeva narkotik vasitələrin satışı ilə məşğul olduğunu etiraf edib.

İstintaq orqanı tərəfindən barəsində təqsirləndirilən şəxslərin barələrində Cinayət Məcəlləsinin 234.4.3-cü (qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə ittiham elan edilib.

Qeyd edək ki, Nəzakət Rzayeva məşhur oğru Zerkalo Klaranın gəlinidir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər