2 Oktyabr 2014 17:00
826
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncə şəhərində qadın sirkə turşusundan zəhərlənib.

Bu barədə Teleqraf.com-a Daxilim İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Gəncə şəhər sakini Xəyalə Allahverdiyeva evində sirkə turşusundan zəhərlənib. O, ağır vəziyyətdə Gəncə şəhər Təcili Tibbi Yardım stansiyasına gətirilib. Xəyalə Allahverdiyevaya tibbi yardım göstərilib və hazırda müalicə olunur. İlkin ehtimala görə, qadın intihar etmək istəyib.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: