3 Oktyabr 2014 09:32
895
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Xəzər rayonunda qanlı cinayət hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Xəzər rayon Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, hadisə rayonun Binə qəsəbəsi ərazisində yerləşən dəmir yol keçidinin yaxınlığında qeydə alınıb. 1990-cı il təvəllüdlü Ağasəməd Quliyevin şəxsi münasibətlər zəminində Vüsal adlı şəxslə mübahisəsi düşüb. Gənclər arasında mübahisə əvvəlcə söz davasına çevrilib və daha sonra onlar aralarında yaranan mübahisəni həll etmək üçün görüş təyin ediblər.

Dəmir yol keçidinin yanında görüşən gənclərin mübahisəsi daha da qızışıb. Həmin vaxt Vüsal qəfildən cibindən ülgüc çıxararaq Ağasəmədin üzünə çəkib və hadisə yerindən qaçıb. Yaralı ətrafdakı insanların köməkliyi ilə 1 saylı şəhər xəstəxanasına çatdırılıb. Ona tibbi yardım göstərilib. Həkimlər yarlının üzündə uzun müddətə silinməyən izin qalacağını deyiblər.

Hadisə yerinə Xəzər rayon Polis İdarəsinin 2-ci polis bölməsinin əməkdaşları gəliblər. Hazırda polis əməkdaşları Ağasəməd Quliyevin üzünə çapıq atmaqda şübhəli bilinən Vüsal adlı şəxsin axtarışlarını aparır.

Zərərçəkmiş Ağasəməd Quliyev istintaqa ilkin ifadəsində bildirib ki, ona xəsarət yetirən şəxsin yalnız adını bilib. O, Vüsalla yoldan gedərkən təsadüfən rastlaşdığı və aralarında mübahisə düşdüyünü bildirib.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər