28 May 2020 10:11
615
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən “Xaş–xaş 2020” əməliyyat-axtarış və profilaktik tədbirlər planına uyğun olaraq keçirilmiş əməliyyat tədbirləri nəticəsində rayonun Nehrəxəlil və Pirəyir kəndləri ərazisində yabanı halda bitmiş narkotik tərkibli çətənə kolları aşkar edilib.

Daxili İşlər Nazirlinin mətbuat xidmətinin Şəki regional qrupundan Teleqraf.com-a verilən məlumata görə, ümumi çəkisi 1 ton 58 kiloqram olan 7138 ədəd çətənə bitkisi polis əməkdaşları tərəfindən kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər